Kannavaro Zaqreb “Dinamo”sunda

Kannavaro Zaqreb “Dinamo”sunda

Fabio Kannavaro Zaqreb “Dinamo”sunun baş məşqçisi təyin olunub. Bunu Xorvatiya klubunun mətbuat xidməti açıqlayıb.

İtaliyalı mütəxəssis baş məşqçi vəzifəsində bu gün istefaya göndərilən Nenad Byelitsanı əvəzləyib. Kannavaro yeni klubunda fəaliyyətə yanvarın 3-də başlayacaq.

“Dinamo” 18 turdan sonra 29 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Zaqreblilər lider “Riyeka”dan 7 xal geri qalırlar.

Qeyd edək ki, Fabionun rəhbərlik etdiyi son komanda “Udineze” olub. O, bu ilin iyununda vəzifəsini tərk edib.

ETOPAZ

Əvvəlki yazı

“Milan”da yeni baş məşqçi

Növbəti yazı

Salahdan yeni rekord