Kannavaro istefaya göndərildi
İtaliya çempionatında növbəti istefa gerçəkləşib. “Benevento” baş məşqçisi Fabio Kannavaro ilə yollarını ayırıb.
Bunu B seriyası klubunun mətbuat xidməti açıqlayıb. Mütəxəssis uğursuz nəticələr üzündən vəzifəsindən azad edilib. Komanda 23 turdan sonra 19-cu pillədə yer alıb.
Qeyd edək ki, Kannavaro ötən ilin sentyabrında bu posta təyin edilmişdi.