Kannavaro Çin klubu ilə yollarını ayıracaq

Kannavaro Çin klubu ilə yollarını ayıracaq

Fabio Kannavaro baş məşqçisi olduğu Çinin “Quançjou Everqrand” klubundan ayrılacaq. İtaliyalı mütəxəssislə klub arasında müqaviləyə qarşılıqlı razılıqla xitam veriləcək.

Bununla bağlı 48 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında razılıq əldə edilib. Tərəflərin yollarını ayırmasına səbəb klubun sahibi olan “China Evergrande Group”dakı ciddi maliyyə problemləridir.

Baş məşqçisi ilə vidalaşmağa qərar verən “Quançjou Everqrand” çempionatda mübarizəni davam etdirəcək. 14 turdan sonra ikinci sırada olan komanda liderdən cəmi 3 xal geri qalır.

ETOPAZ

Əvvəlki yazı

Kumanı əvəzləməyə daha bir namizəd

Növbəti yazı

Zverevdən 3 illik müqavilə