Kanadalı gənclər yarımfinalda

Kanadalı gənclər yarımfinalda


“US Open”də ilk yarımfinalçılar müəyyənləşib. Həm kişilərin, həm qadınların yarışında gənc kanadalılar ən yaxşı 4 tennisçi arasında yer alıb.
Dünyanın 73-cü raketkası Leyla Fernandes Elina Svitolinaya qalib gəlib – 6:3, 3:6, 7:6. 19 yaşını iki gün əvvəl qeyd edən Leyla “US Open”də son 16 ilin ən gənc yarımfinalçısıdır.
2005-ci ildə Mariya Şarapova belə uğura imza atıb.
Onun həmyerlisi Feliks Oje-Alyasim isə Karlos Alkarasla qarşılaşıb. İspaniyalı ikinci setdə zədə səbəbindən mübarizəni dayandırıb. 21 yaşlı Feliks son 12 ildə “US Open”in ən gənc yarımfinalçısıdır. 2009-cu ildə Xuan Martin del Potro bu mərhələyədək irəliləyib.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo: “Mbappe sanki “Formula-1” pilotudur”

Növbəti yazı

“Yuventus”a dəyən zərər