Kamerun Braziliyanı məğlub etdi
Dünya çempionatında qrup mərhələsinə yekun vurulub. 3-cü tura Braziliya – Kamerun və İsveçrə – Serbiya matçları ilə yekun vurulub.
Cənubi amerikalılar matça fəal başlayıb. Qarşılıqlı hücumlar təşkil edən 5 qat çempionlar bir neçə dəfə qola yaxın olub. Lakin hesabı açmaq mümkün olmayıb. Matçın son dəqiqələrində afrikalılar qələbə topunu vura bilib. Vinsent Abubakar komandasına ilk qalibiyyəti qazandırıb – 1:0.
Avropalıların dueli isə bolqollu alınıb. Görüşdə hesabı İsveçrə açıb. Xerdan Şakiri fərqlənib. Serblərin buna cavabı 26-cı dəqiqədə gəlib. Aleksandr Mitroviç bərabərlik topunu vurub. Az sonra Duşan Vlahoviç komandasını önə çıxarıb. Lakin Bril Embolo hesabda yenidən tarazlıq yaradıb. Matçda son nöqtəni isə Remo Froyler qoyub – 3:2.