Kamavinqanın durumu bəlli oldu

Kamavinqanın durumu bəlli oldu

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqanın zədəsi davam edir. Onun durumuna aydınlıq gəlib.

Futbolçu dizindən aldığı xəsarət səbəbindən 2 ay forma geyinə bilməyəcək. Fransalıya dizin xarici girov bağının qopması diaqnozu qoyulub.

Xatırladaq ki, 21 yaşlı yarımmüdafiəçi Fransa millisi ilə məşq zamanı PSJ-nin cinah oyunçusu Usman Dembele ilə toqquşma nəticəsində zədələnib.

ETOPAZ

Əvvəlki yazı

Van Dayka əvəzləyici

Növbəti yazı

“Mançester Siti” Saneni qaytarmaq niyyətində