Kamal Umudlu Gənclər Liqası oyununda

Kamal Umudlu Gənclər Liqası oyununda

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

O, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.

Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

ETOPAZ

Əvvəlki yazı

İngiltərə Liqa Kubokunda 1/8 finalın cütləri bəlli oldu

Növbəti yazı

“Qarabağ” tribunalara işğaldan azad olunmuş şəhərlərin adlarını verdi