Kamal Umudlu Avropa çempionatında

Kamal Umudlu Avropa çempionatında

Azərbaycanın FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

5-ci qrupda, oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.

Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan “Difai”yə

Növbəti yazı

U-17-nin seçmə mərhələ oyunlarına hakim təyinatları