Kamada “Qalatasaray” yolunda
“Latsio”nun yarımmüdafiəçisi Daiçi Kamada karyerasını Türkiyədə davam etdirə bilər. Onun xidmətində “Qalatasaray” maraqlıdır.
“Cimbom” 27 yaşlı futbolçunu qış transfer pəncərəsində almaq üçün təklif vermək niyyətindədir. Eyni zamanda, Roma təmsilçisinin rəhbərliyi yaponiyalını mövsümün sonuna qədər heyətində saxlamağı planlaşdırır.