Kalyexo karyerasını başa vurur
Xose Kalyexonun gələcəyinə aydınlıq gəlib. Futbolçu mövsümün sonunda karyerasını başa vuracaq.
Bu barədə 38 yaşlı cinah oyunçusu özü açıqlama verib.
Qeyd edək ki, Kalyexon karyerası ərzində “Real”, “Napoli”, “Fiorentina”, “Qranada”da çıxış edib. Onun son ünvanı ölkəsində “Marbella” olub.