Kalulu rəsmən “Yuventus”da

Kalulu rəsmən “Yuventus”da

“Yuventus” mövsümün əvvəlində “Milan”dan icarəyə götürdüyü Pyer Kalulunu birdəfəlik transfer edib. Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

A Seriyası təmsilçisi futbolçu ilə 4 illik müqavilə imzalayıb.

“Qoca sinyora” 25 yaşlı müdafiəçi üçün qarşı tərəfə 14,3 milyon avro ödəniş edib.

Qeyd edək ki, fransalı oyunçu bu mövsüm “Yuventus”un heyətində 39 rəsmi matça çıxıb və 1 qolla yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Villian “Fulhem”i tərk etdi

Növbəti yazı

“Vulverhempton” müdafiəçi ilə razılığa gəldi