Kalabria “Qalatasaray”ın hədəfində

Kalabria “Qalatasaray”ın hədəfində

“Milan”ın kapitanı Davide Kalabria komandanı tərk etməyə yaxındır. O, karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

“Qalatasaray” italiyalı sağ cinah müdafiəçisini transfer etmək istəyir. İstanbul klubu “Milan”la müqaviləsi mövsümün sonunda başa çatan 28 yaşlı futbolçunu yanvar ayında heyətinə qatmağı planlaşdırır. “Qalatasaray” təcrübəli oyunçu üçün İtaliya nəhənginə rəsmi təklif göndərəcək.

Kalabrianı ilə “Roma” da maraqlanır. Lakin transfer yarışında “Qalatasaray”ın daha şanslı olduğu bildirilir.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus”dan Konseyçao qərarı

Növbəti yazı

Günün kuponu – 13.12.2024