Kadıoğlunun durumuna aydınlıq gəldi
Türkiyə millisinin futbolçusu Ferdi Kadıoğlunun durumuna aydınlıq gəlib. “Brayton”da çıxış edən futbolçunun sol ayaq barmağının oynağında kapsulyar yırtıq aşkarlanıb.
Milli futbolçunun zədə səbəbindən 1 ay formadan uzaq qalacağı gözlənilir. Ferdi Kadıoğlunun zədəsini əməliyyatsız həll etmək mümkün olmasa, bu müddətin 2 aya çatacağı gözlənilir.
25 yaşlı futbolçu zədə səbəbindən komandasının “Mançester Siti” ilə son matçını buraxıb.
Kadıoğlu “Fənərbaxça”dan “Brayton”a keçdikdən sonra bütün turnirlərdə 11 matça çıxıb və 3 qol vurub.