Kadi yenidən “Qarabağ”da
“Qarabağ” heyətinə yeni futbolçu qatıb. Ağdam klubu sabiq yarımmüdafiəçisi Kadi Borgesi geri qaytarıb. O, klubun sıralarına qoşulub.
28 yaşlı braziliyalı futbolçu yenidən “Qarabağ”ın uğurları üçün çalışacaq. Onunla 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2021-22-ci illərdə Ağdam klubunda forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.