Kadi Borges “Krasnodar”da
“Qarabağ”ın futbolçusu Kadi Borgesin yeni klubunun adına aydınlıq gəlib. Braziliyalı “Krasnodar”a transfer olunub.
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Kadi Rusiya təmsilçisinin təlim-məşq toplanışı üçün Dubaya yollanacaq. Orada tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la 2026-cı ilə qədər müqavilə imzalayacaq.