Kabo-Verde tarixində ilk dəfə DÇ-də
Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək. Yığma 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.
Bazar ertəsi, oktyabrın 13-də Kabo-Verde seçmə oyunda Esvatinini 3:0 hesabı ilə məğlub edərək D qrupunda birinci yeri tutub.
Komanda 10 turdan sonra 23 xal qazanıb və 19 xalı olan Kamerunu qabaqlayıb.












