“Kəpəz”in müvəqqəti baş məşqçisi bəlli oldu
“Kəpəz”də Azər Məmmədovun istefasından sonra baş məşqçi postu boş qalıb. Klub rəhbərliyi yeni çalışdırıcı axtarışlarını davam etdirir.
Komandanı növbəti matça Etibar İbrahimov çıxaracaq. “Araz-Naxçıvan”la görüşə az vaxt qaldığından rəhbərlik belə addım atıb. Mütəxəssis Azər Məmmədovun məşqçilər korpusunda yer alıb.