“Kəpəz”in futbolçusunun durumuna aydınlıq gəldi

“Kəpəz”in futbolçusunun durumuna aydınlıq gəldi

“Kəpəz”in futbolçusu Luis Paçunun durumuna aydınlıq gəlib. O, zədəsini sağaldıb. 

Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Kəpəz”in bir müddət zədəli olan hücumçusu artıq kollektiv məşqlərə qoşulub. Ötən həftə fərdi halda çalışan Paçu “Neftçi” ilə oyunu buraxmaq məcburiyyətində olub. O, məşqçilər korpusunun qərarına uyğun olaraq “Sumqayıt”la qarşıdakı matçda oynamaq imkanı əldə edə bilər. 

Xatırladaq ki, forvard “Zirə”yə qarşı ev oyununda (0:4) zədələnərək əvəzlənmişdi.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 18-ci turunda keçiriləcək “Kəpəz” – “Sumqayıt” matçı dekabrın 20-si Tovuz şəhər stadionda, saat 16:00-da başlayacaq. 

ETOPAZ

Əvvəlki yazı

Modriçdən yeni rekord

Növbəti yazı

Ançelottidən yeni uğur