“Kəpəz”in futbolçusu əməliyyat olundu
“Kəpəz”in futbolçusu İlkin Qırtımov Bakıda cərrahiyyə əməliyyatı olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əməliyyat uğurla aparılıb. İlkinin bərpa müddəti 3 həftə çəkəcək.
Qeyd edək ki, təcrübəli müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulub.