“Kəpəz”in futbolçusu əməliyyat olundu

“Kəpəz”in futbolçusu əməliyyat olundu

“Sabah”la oyunda zədələnən “Kəpəz”in legioneri Mahamadu Ba çiynindən əməliyyat keçirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müayinələr nəticəsində 26 yaşlı yarımmüdafiəçinin çiynində iki bağın qırıldığı müəyyən edilib. Əməliyyat uğurla başa çatıb,

Banın 2-3 həftə ərzində məşqlərə başlaması gözlənilir.

Qeyd edək ki, “Kəpəz” – “Sabah” matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 12.11.2025

Növbəti yazı

“Çelsi”də ciddi itki