“Kəpəz”dən yeni transfer

“Kəpəz”dən yeni transfer

“Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib. Braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə klubuna keçib.

22 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Cefferson son olaraq Portuqaliyanın “Portimonense” klubunun formasını geyinib.

Qeyd edək ki, Masiel Bentu 2024/2025-ci illər mövsümündə Portiman şəhəri təmsilçisinin heyətində 14 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

33 bombardir

Növbəti yazı

Remzi “Nyukasl”ın hədəfində