“Kəpəz”dən yeni transfer

“Kəpəz”dən yeni transfer

“Kəpəz” qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib. Bu, gürcüstanlı Rati Ardazişvilidir.

26 yaşlı oyunçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Onunla “6 ay + 1 il” müddətinə müqavilə bağlanıb.

Ratinin son klubu vətənində “Samtredia” olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada (“Rux”), Qazaxıstanda (“Kaspi”, “Jetısu”) və Latviyada (“Liepaya”) oynayıb.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”ın matçının başlama saatı müəyyənləşdi

Növbəti yazı

“Araz-Naxçıvan” – “Səbail” matçına azarkeşlər buraxılmayacaq