“Kəpəz”dən yeni transfer
“Kəpəz” daha bir futbolçunun keçidini həll edib. Bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
“Sarı-göylər” Rəhman Hacıyevi heyətinə qatıb. 32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Rəhman Hacıyev mövsümün ilk yarısını “Səbail” klubunda keçirib.












