“Kəpəz”dən yeni transfer
“Kəpəz” daha bir futbolçunun keçidini həll edib. “Sarı-göylər” Yusif İmanovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, İmanov son olaraq “Sabah” klubunun formasını geyinib.













