“Kəpəz”dən yeni transfer
“Kəpəz” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Sarı-göylər” Şahmar Aşurovu heyətinə qatıb. 21 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Ş.Aşurov son olaraq “Zirə” klubunun formasını geyinib.












