“Kəpəz”dən səfər qələbəsi
Azərbaycan Premyer Liqasında 24-cü turun daha bir matçı keçirilib. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Sumqayıt”la “Kəpər” ikinci oyun gününün son görüşündə üz-üzə gəlib.
Sumqayıtdakı qarşılaşmanın taleyi ilk yarıda həll olunub. Ahmad Ayzaya erkən qolla hesabı açıb. Ardınca Junior Martins uzaq məsafədən vurduğu topla fərqi artırıb.
Meydan sahibləri qarşılaşmanın sonlarında təsəlli qolunu Yusif Nəbiyev avtoqol müəllifi olub. 2:1 hesablı qələbə ilə “Kəpəz” son pilləni tərk edib.
Qeyd edək ki, tura fevralın 27-də yekun vurulacaq.
1 | Qarabağ | 23 | 19 | 4 | 0 | 57-13 | 61 |
2 | Sabah | 24 | 16 | 5 | 3 | 51-18 | 53 |
3 | Neftçi | 23 | 15 | 3 | 5 | 41-21 | 48 |
4 | Zirə | 24 | 10 | 5 | 9 | 27-31 | 35 |
5 | Qəbələ | 24 | 8 | 8 | 8 | 28-28 | 32 |
6 | Turan Tovuz | 24 | 7 | 5 | 12 | 19-29 | 26 |
7 | Kəpəz | 24 | 4 | 8 | 12 | 24-44 | 20 |
8 | Şamaxı | 24 | 4 | 7 | 13 | 21-38 | 19 |
9 | Sumqayıt | 24 | 4 | 6 | 14 | 16-40 | 18 |
10 | Səbail | 24 | 4 | 5 | 15 | 19-41 | 17 |