“Kəpəz”dən səfər qələbəsi
Azərbaycan Premyer Liqasında XII tura start verilib. Günün açılış matçı Yevlaxda keçirilib.
“Karvan-Yevlax” “Kəpəz”i qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesabı qonaqlar açıb. Luis Paçu fərqlənib. Çox keçmədən Araz Abdullayev hesabı bərabərləşdirib. Lakin ikinci hissədə Rauf Hüseynlinin vurduğu qol həlledici olub – 1:2.
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.












