“Kəpəz”dən səfər qələbəsi
Azərbaycan Premyer Liqasında XXIX tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Sabah” “Kəpəz”i qəbul edib. Görüş qarşılıqlı hücumlarla keçib. Hesab ilk yarının sonlarında açılıb. Valdemar Almeyda qonaqlara qələbə qazandıran topu vurub – 1:0.
Bununla da, Gəncə təmsilçisi “Səbail”lə xal fərqini 7-yə çatdırıb.