“Kəpəz”dən ev qələbəsi

“Kəpəz”dən ev qələbəsi

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub. Son oyun günündə bir matç keçirilib.

Bu qarşılaşma Tovuzda baş tutub. “Kəpəz” “Neftçi”ni sınağa çəkib.

Matçın taleyini bir top həll edib. 51-ci dəqiqədə fərqlənən Şevroni Mabatşoev Gəncə klubuna qələbə qazandırıb.

Qeyd edək ki, 25 turdan sonra “Neftçi” 27 xalla 6-cı, “Kəpəz” 22 xalla 9-cudur.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi” tarixində ilk

Növbəti yazı

“Şəki” və “Gəncə” xal itirmədi