“Kəpəz”dən əzmkar qələbə
Azərbaycan Premyer Liqasında XXI tura start verilib. İlk matç Tovuzda baş tutub.
“Kəpəz” “Sabah”ı qəbul edib. Qonaqlar oyuna fəal başlayıblar. Pavol Safranko penaltidən fərqlənib. Çox keçmədən Məhəmməd Ba hesabı bərabərləşdirib. Hissənin sonlarında Cessi Sekidika “bayquşlar”ı yenidən önə çıxarıb.
İkinci hissədə isə meydan sahibləri üstünlüyə yiyələniblər. Öncə Əli Səmədov hesabı bərabərləşdirib. Ardınca Rauf Hüseynli gəncəlilərə qələbə qazandıran topu vurub – 3:2.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.