“Kəpəz”də yeni yarımmüdafiəçi
“Kəpəz” heyətini Kərim Lkoça ilə gücləndirib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Mərakeş əsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə “1+1” illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.
Qeyd edək ki, Lkoçanın çıxış etdiyi son klub “Santa Koloma” (Andorra) olub.