“Kəpəz”də yeni müqavilə
“Kəpəz” daha bir futbolçusu ilə müqaviləni uzadıb. Bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi Tural Rzayevlə yeni müqavilə imzalayıb. Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi ilə anlaşma 1+1 il müddətinə nəzərdə tutulub.