“Kəpəz”də yeni müqavilə
“Kəpəz” daha bir futbolçusu ilə müqaviləni uzadıb. Bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi Əli Səmədovla müqaviləni yeniləyib. 27 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Gəncə futbol məktəbinin yetirməsi 2015-ci ildən “sarı-göylər”in şərəfini qoruyur.