“Kəpəz”də üç müqavilə

“Kəpəz”də üç müqavilə

“Kəpəz” üç futbolçu ilə müqaviləni yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əli Səmədov və Məmməd Hüseynovla 1, Ümid Səmədovla 2 illik anlaşma imzalanıb.

Əli son çempionatda 24 oyun keçirərək 1 qol vurub, eyni sayda assist edib. Məmməd 7 matçda komandanın qapısını qoruyub. Ümid isə 11 görüşdə meydana çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Taylan Bulut “Beşiktaş”da

Növbəti yazı

Tarixi rekordun təkrarı