“Kəpəz”də ciddi itkilər
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Neftçi”nin qonağı olacaq “Kəpəz” meydana itkilərlə çıxacaq. Bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.
Baş məşqçi Azər Bağırov iki futbolçunun xidmətindən məhrum olub. Rauf Hüseynli cəzalı, Mahamadu Ba isə zədəli olduğundan görüşü buraxacaq.
Qeyd edək ki, “Neftçi Arena”dakı görüş saat 19:30-da başlayacaq.