“Kəpəz”də ayrılıq
“Kəpəz” baş məşqçisi Adil Şükürov ilə yolları ayırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Gəncə təmsilçisi qarşıdakı günlərdə yeni baş məşqçisini açıqlayacaq.
Qeyd edək ki, 2023-cü ilin noyabrından “Kəpəz”i çalışdıran Şükürov Gəncə klubunu 29 oyuna çıxarıb. Bu matçlarda 8 qələbə, 5 heç-heçə və 16 məğlubiyyət qeydə alınıb.