“Kəpəz” Yevlaxda çıxış edəcək
“Qəbələ” və “Kəpəz” arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.
Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Müqavilənin müddətinin uzadılmamasını, “Kəpəz” klubunun müraciətini, “Karvan-Yevlax” klubunun razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının XIII turundan etibarən “Kəpəz” klubunun ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.












