“Kəpəz” uğursuz seriyaya son qoydu
Azərbaycan Premyer Liqasında IX tura start verilib. İlk oyun günündə bir matç baş tutub.
Bu mövsüm qələbə qazanmayan komandalar Tovuzda qarşı-qarşıya gəlib. “Kəpəz” “Neftçi”ni qəbul edib. Matçda hesabı Ervin Koffi açıb. Ardınca Orxan Əliyev dubla imza atıb. “Ağ-qaralar”ın heyətində Ramil Şeydayev fərqlənib. Lakin meydan sahibləri Muhammadu Ba və Joao Braqanın qolları ilə qələbə qazanıb – 4:2.
Qeyd edək ki, tura oktyabrın 6-da yekun vurulacaq.