“Kəpəz” sonuncu pillədən qurtuldu
Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib. İlk oyun günündə 1 qarşılaşma baş tutub.
“Kəpəz” “Şamaxı”nı qəbul edib. Görüş qarşılıqlı hücumlarla başlayıb. Meydan sahibləri 10-cu dəqiqədə hesabı açıb. Abdullahi Şuaybu fərqlənib. Qonaqların cavabı özünü çox gözlətməyib. Fuad Bayramov hesabı bərabərləşdirib. İkinci hissə isə daha məhsuldar alınıb. “Kəpəz”in heyətində Mate Kvirkviya dubl edibsə, “Şamaxı”da Rəhman Daşdəmirov fərqlənib. Beləcə, 3:2 hesablı qələbə qazanan gəncəlilər sonuncu pillədən qurtulub.
Qeyd edək ki, tura fevralın 19-da yekun vurulacaq.