“Kəpəz” son pilləni tərk etdi
Azərbaycan Premyer Liqasında XIII tura start verilib. Milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki turun ilk günündə bir matç baş tutub.
Yeganə qarşılaşma “Dalğa Arena”da keçirilib. “Araz-Naxçıvan” çempionatın autsayderi “Kəpəz”i qəbul edib.
Görüşdə bir qol vurulub. Ardıcıl ikinci oyunda fərqlənən Adama Niane qonaqlara üç xal qazandırıb – 1:0. Bu qələbə ilə “Kəpəz” son pillədən qurtulmağı bacarıb.
Qeyd edək ki, tura noyabrın 12-də yekun vurulacaq.
1 | Zirə | 12 | 7 | 3 | 2 | 12-7 | 24 |
2 | Qarabağ | 12 | 7 | 2 | 3 | 28-11 | 23 |
3 | Səbail | 12 | 6 | 3 | 3 | 21-18 | 21 |
4 | Araz-Naxçıvan | 13 | 6 | 2 | 5 | 15-14 | 20 |
5 | Neftçi | 12 | 5 | 3 | 4 | 13-10 | 18 |
6 | Sumqayıt | 12 | 5 | 3 | 4 | 12-13 | 18 |
7 | Turan Tovuz | 12 | 4 | 3 | 5 | 19-15 | 15 |
8 | Sabah | 12 | 3 | 4 | 5 | 15-15 | 13 |
9 | Kəpəz | 13 | 2 | 3 | 8 | 7-24 | 9 |
10 | Qəbələ | 12 | 2 | 2 | 8 | 7-22 | 8 |
Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 9 qol, Aleksandr Ramalinqom (“Səbail”) – 6 qol, Leandro Andrade (“Qarabağ”) – 4 qol, Orxan Əliyev (“Araz-Naxçıvan”) – 4 qol, Pedro Nuno (“Səbail”) – 4 qol, Otto Con (“Turan Tovuz”) – 4 qol