“Kəpəz” “Qarabağ”ı məğlub etdi
Azərbaycan Premyer Liqasında XVII tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Qarabağ” “Kəpəz”i qəbul edib. Görüş qonaqların üstünlüyü ilə keçib. Hesabı Ryonosuke Ohori açıb. İkinci yarıda Ehtiram Şahverdiyevin vurduğu qol isə həlledici olub – 2:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.












