“Kəpəz” “Qəbələ”ni məğlub etdi
Azərbaycan Premyer Liqasında XV tur davam edir. İkinci oyun gününə Yevlaxda start verilib.
“Kəpəz” “Qəbələ”ni qəbul edib. Matç dramatik başlayıb. İlk hissədə “qırmızı-qaralar” azlıqda qalıb. İbrahima Sanqare meydandan kənarlaşdırılıb. İkinci yarıda isə Ryonosuke Ohori gəncəlilərə qələbə qazandıran qolun müəllifi olub – 1:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.













