“Kəpəz” növbəti mərhələdə
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Mərhələnin son matçı Mərdəkanda keçirilib.
”Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Görüş qarşılıqlı hücumlarla keçib. Buna baxmayaraq, matçda hesab açılmayıb. Əlavə vaxtda Ryonosuke Ohorinin vurduğu qol həlledici olub – 1:0.
Qeyd edək ki, “Kəpəz” 1/4 final mərhələsində “Turan Tovuz”la qarşılaşacaq.












