“Kəpəz” 3 xalı 5 qolla qazandı
Azərbaycan Premyer Liqasında XIX tur davam edir. Bu gün daha bir matç baş tutub.
“Kəpəz” “Turan Tovuz”u qəbul edib. Görüş bol qollu keçib. İlk hissədə tərəflər hərəyə 2 dəfə fərqləniblər.
İkinci yarıda isə Gəncə təmsilçisi daha 3 qol vurub – 5:2.
Qeyd edək ki, tura “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.