Juninyoya növbəti təklif

Juninyoya növbəti təklif

“Qarabağ”ın futbolçusu Olavio Juninyonun “Sevilya” ilə bağlaya biləcəyi müqavilənin müddəti bəlli olub. 28 yaşlı braziliyalı hücumçu ilə İspaniya klubu 2+1 illik anlaşmanı razılaşdırıb.

Lakin transferin baş tutması üçün iki klub arasında razılıq hələ əldə olunmayıb. “Sevilya” qış transfer pəncərəsində hücum xəttinə əsas hədəf seçdiyi Juninyo üçün təklif etdiyi məbləği 3+0,5 milyon avroya qədər artırıb. Öncədən 5 milyon tələb edən “Qarabağ”ın bu təklifi hələ cavablandırmayıb.

Qeyd edək ki, Juninyo Azərbaycan Premyer Liqasında keçirdiyi 48 oyunda 23 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”da ayrılıq

Növbəti yazı

“Qarabağ” üçün iki rəqib