Juninyolu “Flamenqo” çempion oldu
“Qarabağ”ın sabiq futbolçusu Juninyo Braziliyada növbəti titulunu qazanıb. Hücumçunun formasını geyindiyi “Flamenqo” A Seriyasında çempion olub.
XXXVII turda “Seara”nı minimal hesabla məğlub edən komanda sona bir tur qalmış qızıl medalları təmin edib. “Flamenqo” ikinci sıradakı “Palmeyras”ı 5 xal qabaqlayır.












