Juninyodan uğurlu debüt

Juninyodan uğurlu debüt

Juninyo Libertadores kubokunda uğurlu debüt edib. “Flamenqo” Cənubi Amerikanın ən nüfuzlu klub turnirində yeni mövsümə qələbə ilə başlayıb və oyunda yeganə qolu məhz “Qarabağ”ın keçmiş futbolçusu vurub.

28 yaşlı forvard Venesuelada “Deportivo Tachira”ya 1:0 hesabı ilə qalib gəldikləri oyunun 56-cı dəqiqəsində meydana çıxıb və bundan bir dəqiqə sonra fərqlənib.

Qeyd edək ki, bu, Juninyonun Libertadores kubokunda ilk oyunu və ilk qolu olub.

ETOPAZ

Əvvəlki yazı

Noyer zədəsini sağaltdı

Növbəti yazı

Dünya çempionatlarını qəbul edəcək ölkələr bəlli oldu