Juninyodan “Sevilya” transferinə reaksiya
“Sevilya” “Qarabağ”ın hücumçusu Olaviyo Juninyonun transferində maraqlıdır. Əndəlüs təmsilçisi keçid üçün Ağdam klubuna rəsmi təklif göndərib.
28 yaşlı braziliyalı ilk dəfə La Liqa klubundan aldığı təklif barəsində danışıb:
“Hazırda bu barədə çox danışa bilmərəm. Çünki məndən əvvəl klubum var. Bu, təkcə məndən asılı olan məsələ deyil”.
Qeyd edək ki, 2023-cü ilin yayında Ağdam klubuna keçən Juninyonun “Qarabağ”la müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.