Juninyo zədələndi
Braziliya Karioka Liqasında 9-cu turun oyunları keçirilib. Lider “Flamenqo” doğma meydanında “Botafoqo”nu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
“Qarabağ”ın sabiq hücumçusu Juninyo start heyətdə meydana çıxıb. Matçın 11-ci dəqiqəsində 28 yaşlı futbolçu yerə yıxılıb və əvəzlənməsini istəyib. Onun yerinə meydana Bruno Enrike çıxıb.
Juninyonun yekun durumu tibbi müayinədən sonra müəyyənləşəcək.