Joze Mourinyonun cəzası dayandırıldı
“Roma”nın baş məşqçisi Joze Mourinyonun cəzası müvəqqəti dayandırılıb. Portuqaliyalı mütəxəssis A seriyasının “Yuventus”la oyununda texniki zonada olacaq.
Mourinyo 24-cü turun “Kremoneze” ilə matçından (1:2) sonra hakimlərlə qalmaqal üzündən 2 turluq cəza almışdı. Amma onun təxribata çəkilməsini əsas gətirən romalılar apelyasiya vermişdi.
İtaliya Futbol Federasiyası məsələni yenidən araşdırmağı lazım bilib. Bu müddətdə cəza dayandırılıb.
Qeyd edək ki, “Roma” – “Yuventus” oyunu sabah keçiriləcək.